COVID-19 zamanı ağciyərləri qoruya biləcək məhsul açıqlandı

24.11.2020 18:33

Toyuq yumurtaları ağciyərlərin sağlamlığını yaxşılaşdırır və COVID-19-a yoluxma zamanı onun rahat fəaliyyəti üçün kömək edə bilər.

"RİA Novosti” xəbər verir ki, bu barədə diyetoloq Marqarita Korolyova bildirib.

O qeyd edib ki, yumurtanın zülalı infeksiya ilə mübarizədə kömək edən immunoqlobilinlərin yaranmasına yardım edir.

"Yumurtanın sarısındakı yağ komponentləri isə, öz növbəsində, ağciyər alveolalarının bir hissəsidir. Bundan əlavə, yumurtanın tərkibində olan A vitamini immunitetin "qatil-hüceyrələr” ifraz etməsini stimullaşdırır, E vitamini isə antioksidandır”, - diyetoloq əlavə edib./report

© xezerxeber.az


777 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR