Eksternat imtahanlarının vaxtı məlum olub

24.11.2020 12:14

Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 2020-ci il dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Bu barədə xezerxeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu isə dekabrın 18-dək davam edəcək.

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR