Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb - AÇIQLAMA

30.10.2020 22:36

"Artıq demək olar ki, döyüşlərin axırıncı fazasıdır. Hesab edirəm ki, yaxın günlərdə döyüşlər bitəcək və qələbə bizim olacaq”.

Bu sözləri hərbi ekspert Əbuzər Əbilov Qarabağın azadlığı uğurunda gedən döyüşlərin hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, ordumuzun hər gün yeni əraziləri işğaldan azad etdiyini bildirib:

"Hər azad olunan ərazi strateji üstünlükdür. Əldə olunan üstünlük sayəsində düşmən böyük itkilər verməyə məruz qalır və ordumuz Qarabağın daha da dərinliyinə doğru irəliləyir. Bunu düşmən tərəfi də etiraf edir. Belə ki, dünən qondarma rejimin "rəhbəri" Araik Arutyunyan öz xalqına vida müraciəti edib. Bu da onu göstərir ki, hazırda Azərbaycan Ordusu Şuşa və Laçın istiqamətində hər şeyi öz nəzarətinə götürüb və düşməni mühasirəyə alıb. Düşmən artıq çıxılmaz və çarəsiz vəziyyətə düşüb. Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq və 30 illik həsrətə son qoyulacaq”. Redaktor.az

© xezerxeber.az

FOTOQALERIYA






1841 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR