Xəzər Xəbər

Müharibə bütün torpaqlarımız azad olunana qədər davam edəcək" Açıqlama

Cəmiyyət | 14:27 • 30 Oktyabr 2020
Müharibə bütün torpaqlarımız azad olunana qədər davam edəcək"

"Bəzi Avropa ölkələri ermənilər Azərbaycana hücum edəndə, Xocalıda soyqırım aktı törədəndə niyə səslərini çıxmırdı? İndi Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirir deyə düşüblər əl-ayağa. İstədikləri qədər hay-küy salsınlar, biz haqlı davamızdan dönən deyilik”.


Bu sözləri politoloq Qabil Hüseynli bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın Azərbaycana qarşı qərəzli mövqe tutması haqqında danışarkən deyib. O bildirib ki, Ermənistanın işğalçı siyasətini dəstəkləyənlər birbaşa terroru dəstəkləmiş olurlar:


"Avropa Birliyi və birbaşa olaraq Fransa dəyərlərdən, sülhdən danışıb, quldur, xunta rejiminin hökm sürdüyü barabar ölkəni müdafiə edirlər. Belə sülh sevərdirlərsə, niyə Bərdəyə, Gəncəyə və digər şəhərlərimizə atılan raketlərə səssiz qalırlar?!.Onlar guya terrora qarşı sərt mövqe sərgiləyirlər. Bəs, Bərdəyə, dinc əhalinin üzərinə raket atmaq, terrror deyil? Bundan böyük terror var? Bu, açıq-aşkar Xocalıda baş verənlərin davamıdır. O vaxt səssiz qalanlar, indi də səssiz qalır”.


Politoloq Azərbaycanın BMT-nin 4 qətnaməsini yerinə yetirdiyini bildirib:


"Biz 30 ilə yaxındır torpaqlarımızı işğal etmiş terrorçuları, quldurları zərərsizləşdirir, ərazilərimizi işğaldan azad edib, qaçqın və məcburi köçkünlərimizi öz doğma yurd-yuvalarına qaytarmaq istəyirik. Bunu qəbul etməyənlər ya vicdanlarını itirib, ya da birbaşa terrorun dəstəkçiləridir. Azərbaycan BMT-nin 4 qətnaməsini yerinə yetirir. Bu, beynəlxalq hüququn bizə verdiyi haqdır. Azərbaycan torpaqların tamamını işğaldan azad edənə qədər bu savaş davam edəcək”. Redaktor.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti