Rahat uyu Komandir, tələbən tarix yazır!

26.10.2020 15:47

Şanlı Ordumuz tarix yazır. Ordumuz 27 illik həsrətdən sonra Qubadlı şəhəri və rayonun bir neçə kəndini işğaldan azad edib. Bütün Azərbaycan sevinc içindədir. Sevincindən ağlayanlar da oldu. Bu göz yaşlarının altında verilən şəhidlər, itirilən həyatlar yatır. Lakin Qubadlının azad olunmasıyla ürəklərə su səpildi. Tarixi günlər yaşayırıq. Qubadlının azad olunmasıyla şəhidlərimizin ruhu şad oldu. Qubadlı Əliyar Əliyev, Şükür Həmidov, Mais Bərxudarov deməkdir.

Bir nəfər var ki, bu gün həm də onun günüdür. Bu adam Azərbaycanın Milli Qəhrəmanı, pəhləvan döyüşçü Əliyar Əliyevdir. Sənin başlatdığın yolun davamçısı, sənin yetişdirdiyin qəhrəmanlar uğrunda özünü fəda etdiyin vətənini azad etdi. Məzarında rahat uyu komandir Qubadlı düşmən işğalından azad olunub.

Maraqlı faktlardan biri də, Qubadlının azad edən hərbi birliyin komandiri Əliyar Əliyevin tələbəsi və əslən Qubadlıdan olan Mais Bərxudarovdur. General-mayor Mais Bərxudarov öz əsgərləri ilə doğma yurduna və müəllimi Milli Qəhrəman Əliyar Əliyevin də, yurdu olan Qubadlıya doğru inamla irəlilədi və Qubadlını azad etdi.

Mais Bərxudarovun hamınıza tanış olan bir videosu var, orada deyir ki, "mənim bir arzum var, Əliyar Əliyevin mənə vermiş olduğu Azərbaycan bayrağını (hansı ki, həmin vaxt üzərinə Qələbə yazmışam) Əliyar Əliyevin şəhid olduğu Laçına sancım!"

Növbədə Laçın və başqa işğalda olan rayonlarımızın düşmən tapdağından azad olunmasıdır. Rəşadətli ordumuzun buna naili olacağına heç bir şübhəmiz yoxdur. Zəfər sənindir Azərbaycan əsgəri!

day.az

© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR