Qarabağın azad edilməsi qış aylarına qalmayacaq - Hərbi ekspert

20.10.2020 15:35

Ordumuzun çox böyük əhval-ruhiyyəsi var, döyüş ruhu yüksəkdir. Çox peşəkar ordumuz var, hazırlıqları həddindən artıq yüksəkdir və qarşıya qoyulan hər bir tapşırığı yerin yetirməyə hazırdır.

Bunu açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, ordumuz tərəfindən hər bir məsələ incəliyinə qədər ölçülüb, biçilib və nəzərə alınıb:

"İllərlə ordumuz ən ağır hava şəraitində təlimlər keçib. Döyüşlərin getdiyi ərazilərin relyefi dağlıq ərazidir və dağlıq əraziyə uyğun olaraq da hər bir məsələ ölçülüb, biçilib və nəzərə alınıb. Çox möhtəşəm bir plan işlənib, o plan uğurla yerinə yetirilir. Hər kəs görür ki, Füzuli, Cəbrayıl, Hadrut, Xocavəndin kəndləri, Suqovuşan, Murov yüksəkliyi necə azad olundu. Hücumlar Qubadlı-Zəngilan istiqamətində davam edir. Yaxın zamanlarda bu məsələ şanlı Ordumuzun xeyrinə yekunlaşacaq. 

Qarabağın işğaldan tam azad edilməsi qış aylarına qalmayacaq. Tezliklə bu məsələ tamamlanacaq. Amma fəslindən, zamanından asılı olmayaraq hər şey hesablanıb, nəzərə alınıb. Bizim çox peşəkar generallarımız, zabitlərimiz var. Onlar dünyanın ən nüfuzlu hərbi akademiyalarında təhsil alıblar, illərlə təlimlərdə tər töküblər. Onlar şəxsi heyətlə bir yerdə yüksək əhval-ruhiyyədə qələbəni təmin edəcəklər. Bu problem uğurla nəticələnəcək".

Milli.Az

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR