Xəzər Xəbər

Türkcə qədim mətnlərin tərcüməsi ilə bağlı memorandum imzalanıb

Cəmiyyət | 16:47 • 21 Sentyabr 2020
Türkcə qədim mətnlərin tərcüməsi ilə bağlı memorandum imzalanıb

Sentyabrın 21-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi və Türkiyə Respublikasının Türk Dil Dərnəyi türkcə mətnlərin hərfi və yazılı tərcüməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.


Dilçilik İnstitutundan bildirilib ki, əməkdaşlığa əsasən, türkcə qədim yazı mətnlərinin, əlyazmaların ortaq türk əlifbası ilə transkripsiyası və tərcüməsi, qohum dillərdə tərcümə zamanı ortaya çıxan problemlərin müzakirəsi və həlli istiqamətində addımlar atılması, türkologiyanın və türk dillərinin müasir problemlərinin vahid müstəvidə araşdırılması nəzərdə tutulur.


Mütəmadi toplantıların keçirilməsi, müzakirələrin aparılması və müzakirələr haqqında mətbuata maarifləndirici yazıların verilməsi, onlayn iclaslarda oxunan məruzələrin kitab şəklində toplanması və birgə diskussiyalarda əldə edilən nəticələrin çap olunması müqavilədə öz əksini tapıb.


Əməkdaşlıq memorandumunu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov və Türk Dili Dərnəyinin prezidenti Gökbey Uluç imzalayıblar.

Xəbər lenti