Sabahdan Azərbaycanda payız başlayır

21.09.2020 09:53

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

XəzərXəbər-in AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız Azərbaycana 22 sentyabr saat 17:30:36-da daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR