Yuxu dərmanları öldürə bilər - Həkim

15.08.2020 16:05

Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq doğru qərar ala bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur.

Həkim məsləhəti olmadan qəbul edilən yuxu dərmanları xroniki yuxu və psixoloji pozuntulardan ölümə qədər ciddi fəsadlara səbəb ola bilər.

Professor Muhammet Emin Akkoyunlu bildirib ki, həkim tövsiyəsi olmadan qəbul edilən yuxu dərmanları həqiqi yuxunu təqlid edən yalançı bir yuxu deformasiyasına səbəb olur.

"Yatmamışdan əvvəl televizora və komputerə baxmaq, beyində kortizon kimi stres hormonlarını yaradaraq yuxunu dağıdır. Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq düzgün qərar verə bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur" - deyə həkim bildirib.

Həkimin fikrincə, dərmanla yuxuya getmək beyində film izlmək kimi bir görüntü yaradır.

"Yuxu real və rahatlıq verici olmalıdır. Bununla yanaşı əlavə bir xəstəliyiniz varsa, yuxu dərmanları sizə zərər verə bilər. Əlacə xəstəliyiniz olmasa belə, nəfəs almağa çətinlik yaradan bu dərmanlar ölümə qədər bir çox problemlərə yol aça bilər. Bu səbəbdən yuxu dərmanlarını dost tövsiyəsi ilə qəbul etməyin. Yuxu dərmanlarını istəklərinizlə qəbul etməyin. Keyfiyyətli yuxu gigiyena qaydalrına əməl etməkdən keçir. Yata bilmək üçün qaranlıq bir yer hazırlayın və özünüzə zaman verin. Buna baxmayaarq yata bilmirsinizsə, həkimə müraciət edin" - deyə o vurğulayıb./Sputnik Azərbaycan

© xezerxeber.az

FOTOQALERIYA






202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR