Türkiyədən qayıtmaq istəyən vətəndaşlar nə etməlidir? - Müraciət edə bilərsiz

15.08.2020 16:00

Belə şəxslər varsa, onlardan xahiş edilir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxlasınlar.

"Hələ pandemiyanın başladığı ərəfədə Türkiyədə olan vətəndaşlarımızın avtomobillə geri qayıtması ilə bağlı bir sıra müraciətlər almışıq. Lakin hazırda bizə belə müraciətlər yoxdur".

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib: "Belə şəxslər varsa, onlardan xahiş edirik ki, bizim Türkiyədəki səfirliyimizlə əlaqə saxlasınlar. Onların karantin qaydalarına əməl etməklə tranzit yolu vasitəsi ilə Gürcüstana daxil olması, karantin qaydalarına əməl etməklə Gürcüstandan  Azərbaycana gəlməsi məsələsi əlaqələndirilə və müvafiq icazələrinin alınması təşkil oluna bilər".

© xezerxeber.az


225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR