Subbakalavrların ali məktəblərə sənəd qəbulu başa çatıb

15.07.2020 12:23

Subbakalavrların ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb.

Xezerxeber.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, ali təhsil müəssisələrinə daxil olmaq üçün qeydiyyatdan keçən şəxslərin sayı 17502-dir.

Qeyd edək ki, subbakalavrların sənəd qəbulu iyunun 1-dən başlamışdı.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR