Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə

09.07.2020 14:05

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in "YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Mərkəzdən xezerxeber.az-a bildirilib ki, hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib. İyunun 12-dən etibarən portala yerləşdirilən dərslərə 16 min 634 baxış sayı qeydə alınıb.

DİM imtahanlara hazırlaşan abituriyentlərə öz biliklərini daha da dərinləşdirmək, öyrəndikləri mövzuları təkrarlamaq üçün bu ödənişsiz fürsətdən yararlanmağı tövsiyə edir. Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Videomühazirələrə DİM-in saytından baxmaq olar.

© xezerxeber.az


145 dəfə oxunub

ÇOX OXUNANLAR