Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın şəxsi peşə hazırlığına cəlb edib

02.07.2020 16:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların 255-ni gənclər təşkil edib.

İşsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompyuter mühasibliyi, kompyuterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kopyuter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.

Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR