İbrahim Məmmədov koronavirusdan ölən xəstədən yazdı

02.07.2020 11:50

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin koronavirus infeksiyasından dünyasını dəyişən əməkdaşı, rejissor Samir Nemətzadə ilə bağlı paylaşım edib.

"O, şəkil çəkdirmək üçün belə oturmayıb. Samir həmişə bu şəkildəki kimi idi. Yumşaq təbəssüm, xoşniyyətli adamın cizgiləri və baxışları 24 saat simasından çəkilməzdi. Sonuncu dəfə onu Operativ Qərargahın mətbuat konfransında gördüm. Uzaqdan salamlaşdıq. Bu cizgilər o gün də simasında idi. Xatirimdə elə belə də qalacaq. Allah rəhmət eləsin!", - deyə İ.Məmmədov bildirib.

Qeyd edək ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır. 3000-ə yaxın əməkdaşı olan AzTV-nin yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar evdə qalaraq fəaliyyətlərini davam etidirirlər.

İ.Məmmədov uzun müddət mərhum S.Nemətzadə ilə eyni qurumda çalışıb.




© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR