Dörd ixtisas qrupu üzrə 64 minədək abituriyent qeydiyyatdan keçib

31.05.2020 14:39

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 12:50-yə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 63 min 786 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə) iştirak edə bilərlər.

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılıb.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR