Bakı küçələri yenidən dezinfeksiya ediləcək

29.05.2020 12:06

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

© xezerxeber.az

FOTOQALERIYA






191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR