Məşhur həkim antibakterial sabunun təhlükələri haqqında danışdı

26.05.2020 11:15

Tanınmış həkim Aleksander Myasnikov antibakterial sabundan istifadə etməməyi məsləhət görüb.

Rusiya mətbuatı xəbər verir ki, həkim səbəb kimi sabunun antibakterial xüsusiyyətlərini göstərib. Məhsulun tərkibinə bakteriyaları öldürən maddələr, bu və ya digər antibiotiklər daxildir.

"Ümumiyyətlə, həkimlər antibakterial sabunu çox da tövsiyə etmir. Antibakterial sabunun antibiotik müqaviməti artırdığına inanılır. Belə bir sabun lazımdır, ancaq yalnız müəyyən hallarda, xroniki xəstəliklərin mövcudluğunu nəzərə almaq lazımdır. İnsanların böyük əksəriyyəti üçün adi sabun kifayətdir” , - deyə həkim qeyd edib./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






135 dəfə oxunub

XƏBƏRLƏR

07.07.2020 09:35

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR