Fiziki Terapiya və Reabilitasiya mütəxəssisi Hanife Düzgün Çelik koronavirus səbəbi ilə evdə mütəmadi kompüterdə işləyənlərin uzun müddət eyni vəziyyətdə qalmalarının zərərli olduğunu deyib.
Mütəxəssis uzun müddət eyni vəziyyətdə qalmağın zərərlərindən qurtulmağın yollarını belə izah edib:
"Evdə fiziki məşqlər edərək duruş pozuntularından və ağrılardan qorunmaq olar. Duruş pozuntularının qarşısını almaq üçün uzun müddət eyni vəziyyətdə oturmamalıyıq. Oturarkən bel dəstəklənməlidir. Kompüterdən istifadə olunacağı təqdirdə biləyi dəstəkləyən maus altlığı istifadə edilə bilər. Yatarkən boyun disklərinin dəstəkləmək çox vacibdir. Yan və belüstü yatarkən dizlərin əyilməsi də önəmli nüansdır”.
Mütəxəssis bildirib ki, ayaqda durarkən baş dik, sinə ön tərəfdə olmalı, qarın içəri çəkilməli, çiyinlər isə irəli çıxmamalıdır:
"Uzun müddət evdə eyni mövqe tutmadan, vaxtaşırı məşqlər etməklə duruş pozğunluqlarından və ağrılardan qorunmaq olar. Bütün bu tədbirləri gördüyünüz təqdirdə ağrılarınız davam edərsə, fizioterapiya və reabilitasiya həkiminə müraciət etmək uyğun olar.
Bundan əlavə, telefonda vaxt keçirərkən baş və boyun çox önə əyilməməlidir. Başı önə əymə bucağı artdıqca paralel olaraq onurğamızda yük də artır. Telefonla isə çox uzun danışmamalıyıq. Əgər belə bir zərurət varsa, qulaqlıq istifadə edilə bilər. Uzun müddət telefonla danışmaq sinir gərilmələrinə səbəb olur”./publika.az
Axşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Mehri yolu Azərbaycanın regional əhəmiyyətini artıracaq - VİDEO
Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
Axşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB