Oğuzda 12 yaşlı oğlanın ölümü Komitənin nəzarətindədir - AÇIQLAMA

22.05.2020 16:35

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Komitənin nəzarətindədir.

Bu barədə xezerxeber.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. 

Məlumatda Oğuzda itkin düşən 12 yaşlı uşağın ölümündən təəssüfləndikləri qeyd edilib.

"Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlayıb. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.

Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - deyə məlumatda bildirilib.

© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR