Azərbaycan əhalisinin sayı açıqlandı

21.05.2020 15:55

İlin əvvəlindən ölkə əhalisinin sayı 12 min 848 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 79 min 956 nəfərə çatıb.

Bu barədə xezerxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR