Martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” DİM-in saytına yerləşdirilib

18.04.2020 16:02

2020-ci il martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş "sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş "sual kitabçaları” ilə saytdan tanış olmaq mümkündür.

Qeyd edək ki, imtahan nəticələri 2020-ci il aprelin 15-də elan edilib. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmaq imkanına sahibdir.

Gün ərzində imtahanda istifadə olunmuş qapalı tipli test tapşırıqlarının izahı da DİM-in saytında yerləşdiriləcək.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR