Karantin rejiminin pozulmasına görə 27587 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

18.04.2020 12:12

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə xezerxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

© xezerxeber.az

FOTOQALERIYA






176 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR