Astma zamanı faydalı olan məhsullar bəlli oldu

18.04.2020 10:15

Əsasən bitki mənşəli məhsullardan ibarət olan pəhriz astmadan əziyyət çəkənlər üçün faydalıdır və onun simptomlarını yüngülləşdirir. Lakin süd və yağlı məhsullar, əksinə, xəstənin səhhətinə mənfi təsir göstərə bilər.

"Eurek Alert” nəşri bildirir ki, bu barədə ABŞ-ın Məsul tibb üzrə həkimlər Komitəsinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanınnəticələrində deyilir.

Alimləri ilk növbədə meyvə, tərəvəz, taxıl və yüksək sellüloza tərkibli digər məhsullar maraqlandırırdı.

Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.

Bitki qidalarının tərkibində iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var. Lakin süd məhsulları və doymuş yağlarla zənginməhsullarisə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR