Koronavirus insanlara yarasadan keçməyib - ARAŞDIRMA

16.04.2020 13:12

Koronavirus pandemiyasını yarasa yeyən küçə itləri başladıb.

Bu iddia Kanadanın Ottava Universitetində aparılan araşdırmadan sonra ortaya atılıb.

"İndependent” qəzetində dərc edilən araşdırma məqaləsində bildirilib ki, virusun yarasadan insanlara keçməsi tezisi doğrudur. Lakin burada vasitəçi ilan və panqolin deyil, küçə itləridir.

Ottava Universitetinin Biologiya şöbəsinin müəllimi Xuhua Xianın araşdırmasına görə, ilan və panqolinlərdə təcrid edilən virus tuşları ilə SARS-CoV-2 arasında fərqliliklər çoxdur. Lakin yarasa yeyən küçə itlərinin bağırsaqlarında sürətlə təkamüldən keçmiş koronavirus insanlara yoluxa bilər.

Araşdırmanın nəticələrini təkzib edən alimlərin sayı da az deyil. Bəzi tədqiqatçılar itlərin yoluxmada iştirak etmədiyini və buna görə onların sahiblərinin rahat ola biləcəyini bildirir./Publika.az

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR