Karantin dövründə ən zərərli içkilər AÇIQLANDI

16.04.2020 13:08

Rusiyalı dietoloq Marina Makişa "Zvezda” telekanalına verdiyi müsahibədə özünütəcrid dövründə ən zərərli içkiləri açıqlayıb.

Ekspert şəkər tərkibli içkilərin təhlükəli olduğunu elan edib.

"Qazlı içkilər fərqlidir, tərkibində meyvə suları, o cümlədən kvass və şəkər də var”, - deyə o qeyd edib.

Sağlam qidalanma mütəxəssisi şəkərin insanın immun sisteminə zərər verdiyini və koronavirus infeksiyası təhlükəsi dövründə istifadə üçün tövsiyə edilmədiyini bildirib. Maddə kompleks iltihaba səbəb ola bilər və bununla da insanın immun sisteminə yükü artırır. Bədənə ən böyük faydanı təmiz su gətirəcək. Ekspert çay, qəhvə içməyi də məsləhət görüb, amma onlar zəif və orta dərəcədə içilməlidir. Vitaminlə zənginləşdirilmiş içkilər də özünütəcrid rejimi zamanı faydalıdır. Ekspertin sözlərinə görə, bunlar təbii meyvə suyu və ya bitki çayları ola bilər.

Məlumat üçün bildirək ki, Nyu-York xəstəxanasının həkimi Marlen Kaplan alkoqolun koronavirus təhlükəsindən danışıb. Onun sözlərinə görə, infeksiyaya yoluxduqda spirtli içki qəbul etmək qaraciyərə yalnız əlavə yük verəcək. Həkim qeyd edib ki, alkoqol yalnız ağzı dezinfeksiya edir./publika.az

© xezerxeber.az


345 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR