Simptomsuz koronavirusun təhlükəli olduğu müddət açıqlandı

15.04.2020 18:34

COVID-19-un simptomu olmayan daşıyıcıları əksər hallarda gənc və sağlam insanlardır.

"RİA Novosti”nin xəbərinə görə, bunu Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyev deyib.

Mütəxəssisin fikrincə, xəstəliyin simptomsuz gedişi olduqca geniş yayılıb, bu gün belə xəstələr yoluxanların 25%-dən 50%-nə qədər və daha çox ola bilər.

"Məsələn, "Diamond Princess” gəmisində virusa yoluxan insanların 73%-də koronavirus simptomları olmayıb”, - ekspert deyib.

Avdeyev orta hesabla simptomları olmayan şəxslərdə xəstəliyiniki həftəyə qədər davam etdiyini qeyd edib:

"Bir insan xəstə şəxslə təmasda olubsa, iki həftə ərzində özünü təcrid etməlidir, bundan sonra infeksiya riski minimaldır, çünki iki həftədən sonra virus ətraf mühitə nüfuz edə bilmir”.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR