ÜST nümayəndəsi: Pandemiyanın pik nöqtəsi hələ qabaqdadır, vaksin gec hazır olacaq

15.04.2020 16:55

Dünyanın bir sıra ölkəsində koronavirusa yoluxanların sayının artdığını nəzərə alaraq, demək olar ki pandemiyanın pik nöqtəsi hələ qabaqdadır.

"Reuters” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, xəstəliyə qarşı vaksin ən tezi bir ildən sonra hazır olacaq.

"Yoluxma halları İspaniya və İtaliya kimi ölkələrdə azalır. Böyük Britaniya və Türkiyədə, əksinə bu say artır. Hal-hazırda virusun yayılmasını durdurub vəziyyəti nəzarət altına almalıyıq. Yalnız bundan sonra karantin məhdudiyyətlərini yumşalda bilərik”, - deyə M.Harris əlavə edib./oxu.az

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR