Karantin qaydalarını pozan kafe sahibi həbs edilib, müştəriləri cərimələnib - FOTO

01.04.2020 16:32

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibatiqaydada həbs edilib.

Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

© xezerxeber.az

FOTOQALERIYA






112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR