Xüsusi karantin rejimini pozan şəxslər cərimələnir - FOTO

01.04.2020 16:39

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə nazirliyin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

© xezerxeber.az

FOTOQALERIYA






204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR