Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türk professorlar ürəklərə su səpdi - Korona bu tarixdə azalacaq, dərman və peyvənd isə...

31.03.2020 16:43

Türkiyə koronavirusa qarşı 4 ay ərzində dərman, 1 il ərzində isə peyvənd hazırlayacaq.

Bu barədə Boğaziçi Universiteti Molekulyar Biologiya və Genetika Kafedrasının müəllimi, professor Nəsrin Özörən danışıb.

Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) birgə qurduğu konsorsiumda yer alan professor bildirib ki, hazırladıqları başqa layihə də mövcuddur. Təsdiq ediləcəyi təqdirdə, test sayı gündə 20 minə çata bilər.

Özörən və komandası koronavirusa qarşı peyvənd üçün quş qripi və müxtəlif xərçəng araşdırmalarında müsbət nəticələr əldə edilən "mikrokürəcik" texnologiyasından faydalanacaq: "Mikrokürəcik texnologiyasını koronavirusun tac kimi görünən "Spike" adlı xarici səthi olan protein parçalarına əlavə edəcəyik. Burun spreyi olaraq da peyvənd hazırlamağı düşünürük. İnsanlar peyvəndə qarşı çıxırdılar. İndi isə onun qiymətini anladılar".

Professor qeyd edib ki, hazırda əllərində 100 min insanı testdən keçirəcək potensial var.

Onun sözlərinə görə, "qan qrupu koronavirusun risk faizinə təsir göstərir" demək üçün ən az 500 nəfər üzərində sınaq aparılmalıdır: "Bir pis xəbərimiz var: koronavirus mutasiyaya uğrayıb daha ölümcül hala gələ bilər. Yaxşı xəbərimiz də var: yay aylarında yoluxma təsiri azalacaq, amma sıfırlanma gözlənilmir".

© xezerxeber.az

FOTOQALERIYA






208 dəfə oxunub

ÇOX OXUNANLAR