Daxili İşlər Nazirliyinin tibb personalı üçün təlim-treninqlər keçirilib

29.03.2020 15:26

Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı keçirilən xüsusi təlim-treninqlər davam edir.

İnstitutdan verilən məlumata görə, belə təlimlərdən bir neçəsi Daxili İşlər Nazirliyinin tibb personalı üçün keçirilib. Həmin təlimlərdə nazirliyin Tibb İdarəsində işləyən infeksionistlər, reanimatoloqlar, anestezioloqlar və terapevtlər iştirak ediblər. Təlimdə koronavirusa yoluxmuş xəstələrlə ilk təmas edən həkimlərə və tibb bacılarına xəstəlik, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılıb, praktik vərdişlər nümayiş etdirilib.

Qeyd edək ki, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.

© xezerxeber.az

FOTOQALERIYA






113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR