Sumqayıt polisi sakinləri evdə qalmağa çağırır

28.03.2020 14:33

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə Sumqayıt polisi genişmiqyaslı tədbirlər həyata keçirir.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov AZƏRTAC-a bildirib ki, koronovirus pandemiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə polis əməkdaşları şəhər ərazisində 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağaları nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar. O, məhəllələrdə, ictimai nəqliyyat vasitələrinin dayanacaqlarında, marketlərdə izahat işinin aparıldığın qeyd edərək həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmini və onların sağlamlığının qorunmasına xidmət etdiyini vurğulayıb.

N.İmranov, həmçinin yol polisi əməkdaşlarının da ölkədə elan edilmiş karantin rejiminə ciddi riayət olunması, koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində fəal iştirakını qeyd edib. Bildirib ki, gün ərzində yol polisi reydlər keçirir. Məqsəd rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin sürücülərinin şəhərə giriş-çıxışının məhdudlaşdırılmasını təmin etməkdir. Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları səsgücləndiricilər vasitəsilə əhaliyə müraciət edərək şəxsi avtomobillərdən az istifadə edilməsi barədə tövsiyələrini çatdırırlar. Onlar karantin rejiminə əməl olunmasını, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamasını xahiş edirlər. Karantin rejimini pozan iaşə obyektlərinin sahibləri də müəyyən edilib və onlarla bağlı inzibati cəza tədbirləri görülüb.

N.İmanov bildirib ki, polis əməkdaşları hər bir hərəkət iştirakçısını "Evdə qal!” kampaniyasına qoşulmağa israrla dəvət edirlər. Bununla vətəndaşlar özünün, yaxınların və ətrafda olanların sağlamlığının qeydinə qalırlar.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR