Azərbaycanda bir ayda doğulan körpələrin sayı açıqlandı

23.03.2020 11:59

2020-ci ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,4 təşkil edib.

Doğulan körpələrin 336-sı əkiz, altısı isə üçəm olub.

2020-ci ilin yanvar ayı ərzində ölkədə 5177 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

Ümumilikdə, Azərbaycan üzrə əhalinin sayı 2020-ci ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il fevral ayının 1-i vəziyyətinə 10 073 238 nəfərə çatıb.

© xezerxeber.az


207 dəfə oxunub

ÇOX OXUNANLAR