Havada tozun miqdarı normadan 2.6 dəfə çoxdur - RƏSMİ

26.02.2020 18:01

Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir. 

Bu barədə AZƏRTAC-a Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.

O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal edilir.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR