Əqli Mülkiyyət Agentliyində ötən il mindən çox vətəndaş müraciətinə baxılıb

21.02.2020 13:51

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatına və Agentliyin tabeliyində olan qurumlara 2019-cu ildə 1049 vətəndaş müraciəti (onlardan 165-i elektron formada) daxil olub. Müraciətlərin Agentlikdə hərəkəti daxili elektron sənəd dövriyyəsi sistemi ilə təşkil edilib, onların icrasına ciddi riayət olunub.

Agentlikdən bildirilib ki, daxil olan müraciətlərin 782-si əsərlərin qeydiyyatı, 147-si sənaye mülkiyyəti, 38-i müəllif hüquqları, 38-i əqli mülkiyyət sahəsi üzrə sorğular, 4-ü qonorar və 40-ı digər mövzular ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq ötən il ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 1110 vətəndaş qəbul edilib. Onların problemlərinin operativ şəkildə həlli üçün Agentliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülüb.

© xezerxeber.az

FOTOQALERIYA






111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR