Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sistemi təkmilləşdiriləcək

18.02.2020 13:12

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən milli və regional səviyyələrdə demoqrafik proseslərin əmək bazarına təsirinin orta və uzunmüddətli proqnozlarının hazırlanması metodologiyasının təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının və potensialın inkişaf etdirilməsi nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, 2020–2022-ci illəri əhatə edəcək bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçiriləcək.

Məqsəd əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsidir.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR