Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq

17.02.2020 12:52

Peşəyönümü tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə peşə standartları əsasında metodik vəsaitlər (peşə profilləri) hazırlanacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən işi 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə icra edəcək.

Tədbirlər Planında qeyd olunub ki, indiyədək 100 peşə profili hazırlanıb.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

03.04.2020 14:21

Sabah da yağış yağacaq

ÇOX OXUNANLAR