İdeal çəkinizi qorumaq üçün - Bunlara DİQQƏT edin!

24.01.2020 14:20

İdeal çəkini qorumaq yalnız görünüş baxımından deyil, həm də sağlamlıq üçün önəmlidir. Ancaq gündəlik həyat tərzi və pis vərdişlərdən dolayı çəkimizi qorumaq məsələsində çətinlik çəkirik.

İdeal çəkini qorumağın yollarını təqdim edirik.

Hər şeydən öncə sağlam və düzgün qidalanın

Çəkinizi qorumaq üçün istifadə edilən qidalara diqqət yetirmək olduqca vacib məsələdir. Şirin, duzlu və yağlı vasitələri mümkün qədər az istifadə etmək lazımdır.

Sizə faydalı olacaq formada idmanla məşğul olun

Yanlış məşq sağlamlığınıza zərər vura bilər. Digər tərəfdən gündəlik həyatdakı iş çoxluğunu bəhanə edərək davamlı məşqlərdən qaçmamağınız da məsləhət görülür.

Çəkinizi idarə etməyi öyrənin

Çəkinizi idarə etmək üçün vücudunuzun kütlə indeksini bilmək zəruridir. Vücud kütlə indeksi insanın ağırlığını boyunun uzunluğuna bölməklə hesablanır. Əgər nəticə 25-dən çoxdursa, həkimə müraciət etməniz məsləhətdir. Çəkinin idarə edilməsində ən önəmli məsələ bel ölçüsünü nəzərdə saxlamaqdır. İdeal bel ölçüsü qadınlarda 90, kişilərdə isə 100 santimetrdir.

Mütəxəssis dəstəyi vacibdir

Çəkinin idarə edilməsində təkcə qidalanma proqramından istifadə etməklə kifayətlənmək olmaz. Buna görə də hansısa proqramdan istifadə edərkən mütləq mütəxəssislə işləmək lazımdır. Çünki istifadə etdiyiniz proqram ayna qarşısına keçərkən istədiyiniz nəticəni versə də, sağlamlığınıza mənfi təsir edə bilər. Mütəxəssis dəstəyi ilə çəkinin idarə edilməsi bu mənada olduqca önəmlidir.

publika.az

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR