Azərbaycanın bu ərazilərinə qar yağacaq - HAVA PROQNOZU

19.01.2020 14:11

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağan yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarındaisə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


© xezerxeber.az

FOTOQALERIYA






418 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR