Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”

09.12.2019 11:44

"2020-2021-ci tədris ilindən etibarən artıq ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq".
Bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" nazirlər panelində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir: "Bunu nəzərə alaraq, müəyyən vaxtdan bir ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir. 2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyir".

C. Bayramov bildirib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların 70 faizi qısa müddətdə əmək bazarına daxil olur: "Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı bacarıqların formalaşdırılması vacibdir. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir". (APA)

© xezerxeber.az


389 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR