Azərbaycana qışın gəlmə vaxtı açıqlandı

07.12.2019 17:26

Qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, ölkəmizə qış fəsli dekabrın 22-si saat 08:19-da qədəm qoyacaq.

Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.

Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur. Həmin gün ən uzun gecə, ən qısa gündüz qeydə alınır.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR