Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

DOST mərkəzinə 50 mininci vətəndaş müraciət edib

18.11.2019 14:10

Yasamal rayonunda 3-cü Yasamal küçəsi, ev 27 ünvanında yaşayan Validə Abbasova həyat yoldaşı, 3-cü qrup Qarabağ əlili Abutalıb Abbasovun sosial müavinət məsələsi ilə əlaqədar DOST agentliyinin 1 saylı DOST mərkəzinə müraciət edib. O, altı aydan bir qədər artıq müddətdə əhaliyə xidmətə edən mərkəzə daxil olan 50 mininci vətəndaş olub.

Xezerxeber.az xəbər verir ki, bu münasibətlə 1 saylı DOST mərkəzində keçirilən tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 50 mininci müraciətin sahibinə təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü çatdırıb.

Validə Abbasova DOST Mərkəzində sosial sahədə vətəndaşlara yüksək səviyyədə və ən müasir texnologiyalara əsasında xidmət göstərən qurumdakı xidmət səviyyəsinə görə razılığını ifadə edib və sakinlər üçün yaradılan rahat şərait üçün dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu il mayın 9-da öz qapılarını Yasamal və Səbail rayonlarının sakinlərinin üzünə açan 1 saylı DOST mərkəzinə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.

2019-2025-ci illər üzrə "DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

© xezerxeber.az

FOTOQALERIYA






110 dəfə oxunub

XƏBƏRLƏR

07.12.2019 14:21

MSK-nın iclası BAŞLANDI

ÇOX OXUNANLAR