Elsevər Ağayev: "Azərbaycanda qızılcanın ləğvi istiqamətində işlər aparılır"

06.11.2019 14:12

"Azərbaycanda qızılcanın eliminasiyası (ləğvi) istiqamətində işlər aparılır".

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, vaxtilə Azərbaycanda malyariya pik nöqtədə olsa da, onun qarşısı alınıb:

"Artıq Azərbaycan malyariyadan azad ölkədir. Ötən illər qızılcaya yoluxma sayı bir qədər artmışdı. Bu istiqamətdə Səhiyyə Nazirliyi lazımi addımları atıb və bu proses bu gün də davam edir".

Nazir müavini onu da xatırladıb ki, tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür. Onun sözlərinə görə, Bakı və regionlarda 60 faizə qədər tibb müəssisəsi publik hüquqi şəxsə çevrilib və bu istiqamətdə işlər davam etdirilir.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR