Yeməkdən dərhal sonra bunları etmək nə üçün məsləhət deyil?

05.11.2019 21:14

Həyatımızda bizə adi və zərərsiz gələn bir çox vərdişlər səhhətimizlə bağlı problemə çevrilə bilər.

Bizim təkcə nə yeməyimiz deyil, həm də davranışımız mühümdür. Daha dəqiq desək, biz yeməkdən əvvəl, yemək zamanı və yeməkdən sonra nə ilə məşğuluq? Bu vərdişlər həzmetmə prosesinə, məhsulların normal mənimsənilməsinə və maddələr mübadiləsinə öz təsirini göstərir. İnanın, buna daha məsuliyyətlə yanaşmağa dəyər.

AZƏRTAC bu barədə "Vkusno i polezno” nəşrinə istinadla xəbər verir.

Gəlin, yeməkdən sonra nəyi edib-etməməyinizin mümkün olduğunu və bunun sağlamlığa zərər vura biləcəyini nəzərdən keçirək.

Təzə meyvələr yemək

Sözsüz ki, bunlar faydalıdır. Bir çoxları əmindir ki, təzə meyvələr yeməkdən sonra ən yaxşı desertdir. Bu, böyük yanlışdır.

İş orasındadır ki, təzə və dadlı yetişmiş meyvələr mədəyə düşərkən (məsələn, doyumlu nahardan sonra) əsas qida ilə qarşılıqlı təsirə başlayır. Turşuma və qıcqırma prosesləri əmələ gəlir, nəticədə ağırlıq, diskomfort hiss olunur, həzmetmə pozulur. Ancaq yetişmiş giləmeyvə və meyvələri təxminən yeməkdən 1-1,5 saat sonra və ya əvvəl qəbul etsəniz, onlar orqanizmə yalnız fayda gətirər.

Bunu bilmək faydalıdır ki, yeməkdən 2 saat əvvəl bir az meyvə qəbulu metabolizmi fəallaşdırır, su balansı normallaşır, sellüloz isə toxluq hissi yaradaraq, sizi çox yeməkdən və artıq çəkidən müdafiə edir.

Qəhvə və çay içmək

Bunlar əksəriyyətimizin sevimli içkiləridir. Bir günü belə bir fincan gümrahlaşdırıcı qəhvəsiz təsəvvür etmək mümkün deyil. Lakin həm birinci, həm ikinci halda içkilərin tərkibində kofein, turşular, dubil maddələr mövcuddur. Bu səbəbdən də yeməkdən sonra məsləhət görülmür. Biz qidadan sağlamlığa və immunitetə vacib olan vitamin və mineralları alırıq. Kofein və turşular qanyaranma və hemoqlobin hasil olunma prosesində iştirak edən vitaminləri və dəmiri neytrallaşdırır. Çayın tərkibindəki dubil maddələr və tein qidanın normal həzmini poza bilər.

Həkimlər bu içkiləri yeməkdən dərhal sonra deyil, azı bir saat sonra içməyi məsləhət görürlər.

Yeməkdən sonra yatmaq

Bu, ən sevimli məşğuliyyətdir! Dadlı yemək-içməkdən sonra mürgüləmək xoşdur, gözlər öz-özünə bağlanır, düşüncələr yüngül və xoşagələndir.

Lakin yeməkdən sonra divana uzanıb, üfüqi vəziyyət qəbul edərkən biz orqanizmimizə ziyan vurmuş oluruq. Birincisi, qidanın bağırsaqdan normal ötürülməsi pozulur. İkincisi, orqanizmdə bütün proseslərin, həmçinin həzmin sürəti azalır və qida daxildə hərəkətsiz qalaraq korlanır. Yeməkdən sonra 40-60 dəqiqə gözləmək, daha sonra uzanmaq olar.

Siqaret çəkmək

Siqaretçəkənlərin əksəriyyəti yeməkdən sonra mütləq siqaret çəkir. Bunu dərhal etmək lazım deyil, çünki toksinlər qidanın tərkibindəki faydalı maddələrə öldürücü təsir göstərir. Yekunda onlar sadəcə heç bir fayda vermir. İkinci səbəb heç də az əhəmiyyətli deyil. Bu zərərli vərdiş qıcıqlandırılmış bağırsaq sindromu əmələ gətirə bilər.

Kəmərləri boşaltmaq

Bunu qida qəbulu zamanı və sonra etmək lazım deyil. Hər bir səriştəli qastroenteroloq sizə yeməyə başlamadan əvvəl belinizdəki kəməri bir az boşaltmanızı məsləhət görə bilər. Dar, kip geyim, bərk dartılmış kəmər həssas həzm prosesini və qida ötürülməsini pozur. Nəticədə reflyuks və qıcqırma baş verir.

Əgər siz kəmərinizi bərk çəkmisinizsə, o zaman masa arxasına oturmazdan əvvəl onu bir az boşaldın. İş ondadır ki, mədə dolarkən sıx kəmər qidanı saxlayır, siz kəməri boşaldarkən qida sürətlə aşağı düşür, bağırsağın və həzm sisteminin fəaliyyətini dayandırır.

Yeməkdən sonra gəzişmək

Təmiz havada gəzinti yeməkdən sonra faydalıdır, bu zaman kalorilər əriyir. Bir çoxları əmindirlər ki, bu, belə də olmalıdır. Ancaq yaxşı olardı ki, heç olmasa 15 dəqiqə gözləyəsiniz, necə deyərlər, yemək bir az həzm olunsun.

Əgər masa arxasında dərhal durub gümrah şəkildə yürüsəniz və ya iş dalınca getsəniz, o zaman həzm etməmə, turşu reflyuksu və mədə xorası xəstəliklərini qazanmış olarsınız.

Qidanı düzgün və düşünərək qəbul etmək lazımdır!

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR