Bu il narkotiklərlə mübarizə sahəsində 3660 fakt aşkar edilib

21.10.2019 17:42

Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3660 fakt aşkar edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Onlardan 1071-i narkotik vasitələrin qanunsuz satışı, 2290-ı qanunsuz əldə edilib saxlanılması, 261-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 38-i isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 974 kq 622 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 247 min 964 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə, 369 kq 500 qr prekursorlar, 236,2 qr güclü təsir edən maddə, 12 kq 500 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 685 kq 111 qramını marixuana (34,6%), 247 kq 532,6 qramını tiryək (12,5%), 813 kq 888 qramını heroin (41,2%), 1 kq 433,1 qramını həşiş (1,0%), 4 kq 009,185 qramını kokain (0,2%), 202 kq 647,6 qramını psixotrop maddələr və digərləri (10,2%) təşkil edib.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 hektar 288 sot ərazi üzrə 126 ton 844,9 kq (247 min 964 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.
2019-cu ilin 9 ayı ərzində cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilib.

Məlumata görə, onlardan 16-18 yaşadək 8 nəfər, 18-25 yaş 209 nəfər, 26-29 yaş 397 nəfər, 30 yaşdan yuxarı isə 2004 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 199 nəfəri fəhlə, 6-sı qulluqçu, 4-ü maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 7-si kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 8-i əvvəllər xüsusi qeydiyatda olan, 1827-si işləməyən, 2549-u kişilər, 69-u qadın, 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB vətəndaşı olub.

Əcnəbilərdən 55-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülüb.

Qeyd olunur ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub. Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Məlumata görə, onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2019-cu ilin 9 ayı ərzində 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanıb, onlar müvafiq qeydiyyata götürülüb.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR