Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq

07.10.2019 15:17

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, yaxın bir necə saat ərzində Bakıda və Abşeron yarımadasında şimal küləyinin 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir. Belə güclü külək, eyni zamanda, hazırda ağacların yarpaqla yüklü olması onların aşma ehtimalını artırır:

"Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR