DİM oktyabrın 5-də növbəti SAT imtahanı keçirəcək

03.10.2019 11:30

Dövlət İmtahan Mərkəzində oktyabrın 5-də növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanda iki milyondan artıq şəxs iştirak edir.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR