Bu gün Aşura günüdür

10.09.2019 09:15

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

XəzərXəbər xəbər verir ki, Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.

Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Aşura günü respublikanın ayrı-ayrı rayonlarında qan vermə aksiyasının keçirilməci nəzərdə tutulmuş ünvanların siyahısı

Şəhər, rayon2018-ci il təklif olunan yerlərin sayıQanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlərÜnvan
  • 1.
Binəqədi1-İmam Əli məscidi6-cı Mik.rayon M.Məmmədxan k.3215-ci məh.
  • 2.
Xəzər2-14saylı Birləşmiş şəhər xəstəxanası -Mirmöhsün ağa ziyarətgahı-Buzovna qəs.R.Axundov küçəsi 2
-Şüvəlan qəs. A.İldırım küçəsi 1
  • 3.
Nəsimi2-Əjdərbəy məscidi(mərasim zalında) -20 saylı şəhər paliklinikası-S.Vurğun küçəsi 78 -3-cü mikrarayon, Cavadxan küç.22
  • 4.
Nizami1-Şah Abbas məscidi-Keşlə qəs.M.Hilal küçəsi 18
  • 5.
Sabunçu1-Rəhimə xanım ziyarətgahı-Nardaran qəs.M.F.Axundzadə küç.107
  • 6.
Səbail2-Bibiheybət məscid ziyarətgahı-Bibiheybət yolu 2
  • 7.
Suraxanı1-Qaraçuxur məscidi-Qaraçuxur qəs.Ə.Mehbalıyev küç.58
  • 8.
Yasamal2-Təzə Pir məscidi -Hacı Soltanəli məscidi -Hacı Cavad məscidi-M.F.Axundov 7 -S.Əsgərov küç.75 -Şərifzadə 3
  • 9.
Gəncə1-İmamzadə kompleksi-Atabəylər prospekti 230
  • 10.
Lənkəran1Böyük bazar məscidi-Hacılar küçəsi 1
  • 11.
Mingəçevir1-Heydər məscidi-Aydın məmmədov 53
  • 12.
Sumqayıt1-Sumqayıt şəhər Cümə məscidi-Sahil küçəsi 5
  • 13.
Şəki1-İmam Əli məscidi-Şəki ş.Pişəvəri küç.4
  • 14.
Şirvan1-Mərkəzi Qan bankının Şirvan bölmə-Heydər Əliyev prospekti 16
  • 15.
Ağcabədi1-Ağcabədi ray. Mərkəzi xəstəxanası-Hüsü Haciyev küç.104
  • 16.
Ağsu1-Ağsu ray. Mərkəzi xəstəxanası-M.Rəsulzadə küç.172
  • 17.
Beyləqan1-Beyləqan ray. Mərkəzi xəstəxanası-Sevil qazıyeva küç.21
  • 18.
Bərdə1-Bərdə İmamzadə-Nüşabə küç,34
  • 19.
Biləsuvar1-Biləsuvar ş.Cümə məscidi-Nizami küç 55 a
  • 20.
Cəlilabad1-Cəlilabad ray.Mərkəzi xəstəxanası-Mehdi Hüseynzadə küç.82
  • 21.
Göyçay1-Əbülfəzlil- Abbas məscidi-N.Nərimanov küç.70
  • 22.
Xaçmaz1-Xaçmaz şəhər məscidi20 yanvar 34
  • 23.
Quba1-Mərkəzi qan bankının Quba bölməsi-Fətəli xan küçəsi 10 c
  • 24.
Masallı1-Masallı şəh.cümə məscidi-Füzuli küç.1
  • 25.
Salyan1-Hacı Tağı məscidi-Şəhriyar küç.66
  • 26.
Şirvan ş.1-Şirvan şəhər məscidi-Xaqani küç. 4
  • 27.
Nizami1-Sahibəzzaman məscidi`-R.Rüstəmov küç.25-ci məhəllə
  • 28.
Sabunçu1-İmam Riza məscidi-Bakıxanov qəs.Sülh küç.1/7

Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR