Sabirabadda daha iki nəfərdə qara yara xəstəliyi aşkarlandı

09.09.2019 15:28

Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib: "Həkimlər onlara qara yara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".

Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qara yara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR