Saqqız çeynəməyin xeyri və ziyanı

24.08.2019 21:15

Araşdırmalara görə, bir nəfər il ərzində təxminən 300 ədəd saqqız çeynəyir. Bəs onun orqanizmə hansı təsiri var?

Saqqız çeynəyib atmaq üçün olan maddədir. Əvvəllər saqqız ağac qabığından hazırlanan qətrandan düzəldilirdi, müasir dövrdə isə bəzi dadlandırıcı - qliserin, yumşaldıcılar və boyayıcı rəngdən istifadə edilməklə müxtəlif saqqız növləri hazırlanır.

Həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var: "Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.

Həkim-diyetoloq deyib: "Saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir. Uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər”.

Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir. Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR